11.8.2017
  

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.

11.8.2017
  

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

11.8.2017
  

Aviabilet, hotel və avtomobil kirayəsi xidmətləri üzrə fəaliyyət göstərən "Skyscanner" beynəlxalq saytı bu ilin yay mövsümünün 50 ən populyar istiqamətləri üzrə biletlərin qiymətini təhlil edərək, onları sentyabr ayı ilə müqayisə edib.

11.8.2017
  

Azərbaycanda bu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 527,7 min nəfər olub, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

11.8.2017
  

Premium kinoteatr "CinemaPlus Azerbaijan"da avqustun 30-da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, ovçu Faiq Babanlının iştirakı ilə "Peru" sənədli filminin premyera öncəsi nümayişini keçirəcək.

11.8.2017
  

ABŞ-ın Texas Universitetinin alimləri şəkərdən sui-istifadənin xərçəngin müxtəlif növlərinin inkişafına təkan verdiyini bildiriblər.

11.8.2017
  

Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçiriləcək.

11.8.2017
  

Hazırda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin təşkililə bağlı normativ sənədlər təsdiq üçün hazırlanıb.

11.8.2017
  

Azərbaycan sahibkarları “World Export Development Forum 2017” forumuna dəvət olunurlar.

11.8.2017
  

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB), Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncə və Masallı şəhərlərində, eləcə də Bakı şəhərinin Sağan qəsəbəsində oftalmoloji müayinələr keçirilib.

11.8.2017
  

Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq 13.08.2017-ci ildən 22.08.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci ildə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.

11.8.2017
  

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Avropa İttifaqının “SOCIEUX+” proqramı çərçivəsində Estoniyanın Sosial İşlər Nazirliyinin dəvəti ilə 7-11 avqust tarixlərində Agentliyin mütəxəssisləri icbari tibbi sığortanın tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniyanın Tallin şəhərində səfərdə olublar.

11.8.2017
  

“İçərişəhər” və “28 May” metro stansiyası gücləndirilmiş iş rejiminə keçəcək.

11.8.2017
  

Qlobal ödəniş texnologiyaları şirkəti "Mastercard" və "Duty Free"dən əvvəlcədən sifariş üçün qlobal tətbiq olan "MyDutyFree" Heydər Əliyev Beynəlxalq Aeroportunda birgə yeni kampaniyaya start verib.

11.8.2017
  

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.

11.8.2017
  

Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 19 milyard manata bərabər olub.

11.8.2017
  

Mədəniyyət və Turizm Nazirliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC sərnişin, yükdaşıma, nəqliyyat, ağır texnika və təmir xidmətlərinin satın alınması üçün açıq tender elan edib.

11.8.2017
  

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-də Ağdaş rayonunda vətəndaşlarla görüş keçirəcək. 

11.8.2017
  

Avqustun 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil ediləcək “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri heykəltəraşlığa həsr ediləcək.

11.8.2017
  

Oktyabrın 12-də Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşacaq festival oktyabrın 20-dək davam edəcək..