Sahibkarlar “World Export Development Forum 2017” forumuna dəvət olunurlar
11.8.2017

Azərbaycan sahibkarları “World Export Development Forum 2017” forumuna dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, oktyabrın 24-25-də Budapeştdə "World Export Development Forum 2017" forumu keçiriləcək. Ölkəmizdə fəaliyyət göstərən iş adamları və sahibkarlar forumda iştiraka dəvət olunurlar. Sərgidə iştirak etmək istəyənlərə Macarıstan Milli Ticarət Palatası tərəfindən səfər dəvətnaməsini təqdim ediləcək.

Tədbirdə iştirak etməkdə maraqlı olan sahibkarlar AZPROMO-a müraciət edə bilərlər.

azertag.az