3.11.2017
  

Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiye Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiqləyib.

3.11.2017
  

Nyu-Meksiko ştatının Albukerka şəhərində Şimali Amerikanın heyvanat aləminin qorunması sahəsində ixtisaslaşan “Vəhşi heyvan həvəskarları cəmiyyəti” adlı beynəlxalq elmi-təhsil assosiasiyasının 2017-ci il üzrə konfransı keçirilib.

3.11.2017
  

Görkəmli yazıçı Kamal Abdullanın müəllifi olduğu “Yarımçıq əlyazma” romanının odisseyası davam etməkdədir. Dünyanın müxtəlif ölkələrində nəşr olunmuş roman bu dəfə Yaponiyada işıq üzü görüb.

3.11.2017
  

Qanvermənin insan sağlamlığına bir sıra faydaları var.

3.11.2017
  

Noyabrın 2-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Qazaxıstanın Təsviri Sənət Muzeyi arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

3.11.2017
  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun ikicildlik “Seçilmiş əsərlər”i çapdan çıxıb.

3.11.2017
  

Bu gün Bakı Olimpiya Stadionunda cüdo zalının açılışı olub.

3.11.2017
  

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

3.11.2017
  

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

3.11.2017
  

“Azərbaycan ailəsi 2017” film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib.

3.11.2017
  

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstan Patriarxı, mitropolit Sofiyalı Neofit ilə Sofiyada keçirilən görüş zamanı dini tolerantlıq məsələlərini müzakirə edib.

3.11.2017
  

Bu gün Bakı Olimpiya Stadionunda (BOS) "Olimpiya" Peşəkar Döyüş Klubunun açılış mərasimi keçirilib.

3.11.2017
  

Prezident İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

3.11.2017
  

Kiprin Larnaka şəhərində gənc taekvondoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığması ilk medalını qazanıb.

3.11.2017
  

Azərbaycanda 2018-ci ildə orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır. 

3.11.2017
  

“Azəravtoyol” ASC Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparır.

3.11.2017
  

Bu ilin oktyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan Azərbaycan sığortaçıları 2 954 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlayıb.

3.11.2017
  

“Apple” korporasiyası öz maliyyə ilinin dördüncü rübünə aid hesabatı açıqlayıb.

3.11.2017
  

Noyabrın 15-də Caspian Energy Forum-un Səhiyyə Nazirliyinin dəstəyilə keçiriləcək səhiyyəyə həsr olunmuş xüsusi sessiya (Caspian Energy Medical Forum) iştirakçılarının qeydiyyatı başlayıb.

3.11.2017
  

Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev noyabrın 21-də İngiltərənin Bedford şəhərindəki Müqəddəs Pavel kilsəsində konsert proqramı ilə çıxış edəcək.