21.12.2017
  

Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək.

21.12.2017
  

Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı hazırlayacaq.

21.12.2017
  

Sabah, dekabrın 22-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

21.12.2017
  

“İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

21.12.2017
  

Dekabrın 20-də Nizami Kino Mərkəzində “Qış tətili” uşaq macəra filminin qala gecəsi keçirilib.

21.12.2017
  

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.

21.12.2017
  

Dekabrın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Müsbət proqressiv valideyn” adlı maarifləndirici təlim keçiriləcək.

21.12.2017
  

Azərbaycanda dindar şəxslərin ibadət edə bilməsi üçün halal hotellər qarşısında qoyula biləcək tələblər açıqlanıb.

21.12.2017
  

Rusiyalı və avropalı mütəxəssislərdən ibarət alimlər qrupu uşaqların həyatlarının ilk 6 ilində aqressiv davranışını araşdırıblar.

21.12.2017
  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 2015-ci il dekabrın 24-də yayıma başlayıb.

21.12.2017
  

Son vaxtlar oynaq xəstəlikləri ən aktual problemlərdən birinə çevrilib. 

21.12.2017
  

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Binəqədi şossesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşımanın keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri yekunlaşdırıb. 

20.12.2017
  

Bakıda fəaliyyət göstərən 1, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının POS-terminalları quraşdırılıb.

21.12.2017
  

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli tarzən, Xalq Artisti Əhməd Bakıxanovun 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

20.12.2017
  

Azərbaycanda aqroparkların hamısı tam istifadəyə verildikdən sonra yüz milyonlarla manat dəyərində məhsullar istehsal olunacaq.

20.12.2017
  

Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanı ilə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği təsdiq edilib.

20.12.2017
  

İqtisadiyyat Nazirliyi ilə Fransanın "CNIM S.A." şirkəti arasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi zamanı bağlanmış podrat müqaviləsinə əsasən həyata keçirilən sosial layihə çərçivəsində "Təmiz Şəhər" ASC tərəfindən Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min m² təşkil edən yollarında əsaslı təmir-bərpa işləri aparılır və asfalt örtüyü yenilənir.

20.12.2017
  

Nazir müavini qeyd edib ki, Milli Karate Federasiyası hər zaman ona göstərilən etimadı doğruldub.

20.12.2017
  

Azərbaycan əhalisinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatacaq.

20.12.2017
  

Azərbaycanda şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən xəritələr kağız üzərində və elektron formada təsdiq edilib.