Hansı ali məktəbləri bitirən şəxslərin dövlət qulluğuna qəbulda daha çox uğur qazandığı açıqlanıb - SİYAHI
20.12.2017

Dövlət İmtahan Mərkəzi dekabrın 17-də keçirilən dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən şəxslərin bitirdikləri ali təhsil müəssisələri üzrə statistik məlumatları açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, imtahanda ümumilikdə 65 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.

İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Bakı Dövlət Universitetinin 538 məzunundan 251 nəfər (46.7%), Azərbaycan Dövlət İqtisad Universitetinin 521 məzunundan 230 nəfər (44.1%) imtahandan uğurla keçib. Dövlət İdarəçilik Akademiyasının məzunlarının 61.5%-i müvəffəqiyyət əldə etmişdir. Akademiyanın 78 məzunundan 48 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb.

Ali təhsil müəssisələrinin məzunlarının nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Təhsil müəssisəsini adıTQDK-nın əmri ilə qəbul olanların sayıDövlət qulluğuna imtahandan uğurla keçənlərin sayıFaizlə (%)
Azərbaycan Dövlət İqtisad Universiteti53825146.7
Bakı Dövlət Universiteti52123044.1
Azərbaycan Dövlət Aqrar Universiteti1634326.4
Gəncə Dövlət Universiteti1345339.6
Azərbaycan Dövlət Pedaqoji Universiteti1123733.0
Azərbaycan Texniki Universiteti1013029.7
Azərbaycan Dillər Universiteti883236.4
Azərbaycan Kooperasiya Universiteti851922.4
Azərbaycan Memarlıq və İnşaat Universiteti832428.9
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti823340.2
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası784861.5
Sumqayıt Dövlət Universiteti732534.2
Mingəçevir Dövlət Universiteti73811.0
Lənkəran Dövlət Universiteti491122.4
Azərbaycan Texnologiya Universiteti48612.5
Azərbaycan Universiteti45920.0
Bakı Slavyan Universiteti391128.2
Qafqaz Universiteti (fəaliyyəti dayandırılıb)321134.4
Naxçıvan Dövlət Universiteti32825.0
Bakı Biznes Universiteti281035.7
Azərbaycan Turizm və Menecment Universiteti261038.5
Milli Aviasiya Akademiyası25832.0
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti25416.0
Qərb Universiteti24520.8
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası22418.2
Odlar Yurdu Universiteti21314.3
Xəzər Universiteti20630.0
Elm və təhsil Mərkəzi "Təfəkkür" Universiteti11218.2
Məzunlarının sayı 10 nəfərdən az olan ali təhsil müəssisələri1282519.5

Yekun: 2706 966 35.7

Məzunlarının sayı az olan ali təhsil müəssisələri üzrə göstəricilər statistik xəta çərçivəsindədir. Ona görə də onlar haqqında ümumi məlumatları ayrıca təqdim edirik.

10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 37-dir (21-i fəaliyyətini dayandırıb). Bu ali təhsil müəssisələrinin 128 məzunu imtahanda iştirak etmiş və onlardan yalnız 25 nəfər uğur qazanıb. Bu isə ümumilikdə imtahandan keçənlərin 2.6%-ni təşkil edir. Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrinin sayı isə ümumilikdə 22-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 15 nəfər (o cümlədən 11 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib.

report.az