4.3.2019
  

7-17 mart tarixlərində səhər saat 10.00-dan axşam saat 18.00-a kimi Bakı İdman Sarayında (Neftçilər prospekti 26a, Bakı, Azərbaycan) Hindistanın PHD Ticarət və Sənaye Palatası (PHDCCI) Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə “Hindistanın ən yaxşıları” - ən böyük eksklüziv Hindistan Məhsulları Ticarət Tədbiri”nin ikinci buraxılışını təşkil edəcək.

4.3.2019
  

 “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) internet səhifəsində (www.fimsa.az) elektron kalkulyator istifadəyə verilib.

1.3.2019
  

Azərbaycanda Avropa İttifaqı (Aİ) və Təhsil Nazirliyinin birgə dəstəyi ilə “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” adlı layihəsinin həyat keçirilməsinə başlanır.

1.3.2019
  

“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanında dəyişikliklər edilib.

1.3.2019
  

Novruz bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatınının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcək.

1.3.2019
  

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu-2019” keçiriləcək.

1.3.2019
  

Bu gündən Azərbaycanda minimum əmək haqqı 38,4 faiz artırılaraq 180 manata və əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb.

1.3.2019
  

Novruz bayramı ilə əlaqədar mart ayının 2-dən etibarən Bakıda yarmarkalar fəaliyyətə başlayacaq.

1.3.2019
  

Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi 2019” film festivalına start verilib.

1.3.2019
  

Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından sonra vətəndaşlarda güzəştlərin tətbiqi, kompensasiya mexanizmi və digər məsələlərlə bağlı suallar yaranıb.

1.3.2019
  

Kapital Bank Novruz Bayramı münasibətilə yeni güzəştli kredit aksiyası təqdim edir.

1.3.2019
  

Azərbaycanda I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək.

28.2.2019
  

Azərbaycanda gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilir.

28.2.2019
  

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dövlət reyestrində qeydiyyata alınmayan binalardan mənzillərin satılmasını qadağan etməyi təklif edir.

28.2.2019
  

Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək.

28.2.2019
  

Bakı Ali Neft Məktəbi və SOCAR-Foster Wheeler (FW) Mühəndislik Xidmətləri birgə müəssisəsi arasında anlaşma memorandumu imzalanıb.

28.2.2019
  

Azərbaycanda geoloji parklar yaradılır.

28.2.2019
  

"Xaliq Faiqoğlu" MMC 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb."

28.2.2019
  

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna gəlib.

27.2.2019
  

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə bağlı vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də kassa aparatları ilə bağlı operatorların fəaliyyətidir.

<<<51 52 53 54 55 56 57 58 59 60 >>>