3.4.2018
  

Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat başlayır.

3.4.2018
  

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Milli Məclisin deputatı, “Şöhrət” ordenli, Əməkdar Jurnalist, yazıçı Aqil Abbasın anadan olmasının 65 illiyi münasibətilə sərgi açılıb.

3.4.2018
  

Aprelin 2-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr olunmuş pianoçuların V Respublika elmi ifaçılıq müsabiqəsinə başlanılıb.

3.4.2018
  

Mayın 7-də Heydər Əliyev Sarayında “Suvar” ləzgi və rəqs ansamblı konsert proqramı ilə çıxış edəcək.

3.4.2018
  

31 mart – Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi ilə bağlı Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair-dramaturq İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” əsəri nümayiş olunub.

3.4.2018
  

Aprelin 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşa nümayiş ediləcək.

3.4.2018
  

Prezident İlham Əliyev aprelin 2-də Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

3.4.2018
  

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən “Testene-Art” II Beynəlxalq İncəsənət Festivalına yekun vurulub.

3.4.2018
  

Bişkekin “Turar” nəşriyyatında Hidayətin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev haqında “Mir Cəlal dünyasından sətirlər” esse-xatirə kitabı qırğız və rus dillərində nəşr edilib.

3.4.2018
  

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Sənətə köklənən sevgi” sənədli televiziya filminin istehsalını başa çatdırıb.

3.4.2018
  

Fransanın Lyon şəhərində italiyalı bəstəkar Cüzeppe Verdinin şərəfinə Opera Festivalı keçirilir. 

3.4.2018
  

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Autizm Məlumatlandırma Günü çərçivəsində Qız qalası mavi rənglə işıqlandırılıb.

3.4.2018
  

Qətərin “Əl-Cəzirə” media şəbəkəsi ilə Azərbaycanın müvafiq media qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

3.4.2018
  

Tanınmış Azərbaycan şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı işıq üzü görüb.

2.4.2018
  

Azərbaycanlı musiqiçilər aprelin 5-8-də Qətərdə keçiriləcək ikinci illik Ud Festivalında iştirak edəcəklər.

2.4.2018
  

Aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasına başlanılıb.

2.4.2018
  

Aprelin 3-də “YARAT” Müasir İncəsənət Mərkəzində rumın istehsalı olan “Başsız xoruz” filmi nümayiş olunacaq.

2.4.2018
  

Azərbaycanın səfalı təbiəti qoynunda, Qubada dağların ətəyində, beşulduzlu “Quba Rixos” oteli rebrendinq etdi.

2.4.2018
  

"Microsoft" korporasiyası 2 həftə əvvəl "iPad" üçün öz "Edge" brauzerini sınaqdan keçirməyə başlayıb.

2.4.2018
  

ABŞ-ın Tafts Universitetində çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir.