Şəhərlər

Şamaxı

Şamaxı rayonu Şirvanın özəyi sayılır. Rayonun mərkəzi Şamaxı şəhəri hələ VI əsrdə Şirvanşahlar feodal dövlətinin əsas şəhəri idi. Burada aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş tikililərin qalıqları və tapılan əşyalar göstərir ki, hələ 2500-3000 il əvvəl həmin ərazidə şəhər mövcud olmuşdur. Qədim yunan tarixçisi Ptolomey Qafqaz Aibaniyasının şəhərləri sırasında Şmaxının da adını çəkir. Şamaxını bağları və ipək parçaları qədimdən məşhurdur. Burada müxtəlif sənət növləri geniş yayılmışdı. Misdən döyülmüş naxışlı məmulatlar, yüksək bədii keyfiyyətlərə malik bəzək əşyaları və ev müxəlləfatı çox ustalıqla hazırlanırdı. Şamaxı şəhərinin yarandığı vaxtdan keçən əsrlər boyu onun adı dəfələrlə dəyişmişdir. Müxtəlif tarixi dövrlərdə və müxtəlif mənbələrdə bu diyarın adı Şirvan, Sarvan, Xairvan, Əşşmax, Şax-max, Şamux və başqa şəkillərdə göstərilir. Bu fərziyyəyə görə Şamaxı adı «şah» (böyük) və «max» (şəhər) sözlərindən əmələ gəlmişdir. Başqa bir fərziyyəyə görə, «şam» sözü – Dəməşq şəhərinin ərəbcə adı, «axı» (əxi) isə «oxşar», «bənzər» deməkdir. Buraya köçüb gəlmiş suriyalılar Şamaxının gözəlliyini və əzəmətini görəndən sonra onu Dəməşqlə müqayisə ediblər.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa