Salyan rayonu Azərbaycanın cənub-şərqində, bənzərsiz mədəni-tarixi ənənələri, unikal bitki aləmi ilə seçilən, uzun ömürlü sakinləri, balıq xörəklərinin üstünlük təşkil etdiyi özünəməxsus mətbəxti ilə ad çıxarmış ən qədim dövrlərdən məskunlaşmış Lənkəran-Astara regionunda yerləşir.
Respublikanın əsas çaylarından biri - Kür çayı Salyan rayonunun ərazisindən axır. Rayonun şərq hissəsi isə Xəzər dənizinin sahillərinə qovuşur. Dənizə və çaya yaxın yerləşməsi bu ərazinin sakinlərinin milli mətbəxtinin xüsusiyyətlərini şərtləndirmişdir.
"Şirvan" Milli Dövlət Parkı burada yerləşir (2003-cü ildə eyni adlı qoruq yenidən təşkil edilərək milli parka çevrilmişdir).Burada yerləşən "Bəndovan" yasaqlığı 1961-ci ildə salınmışdır. Bu diyar arxeologiya və salamat qalmış tarix-memarlıq abidələri baxımından da maraq doğurur.XX əsrin 70-80-ci illərində burada orta əsrlər dövrünə aid edilən bir sıra obyektlər aşkar olunmuşdur.

Vaxtilə buradakı şəhər yerləri inkişaf etmiş ticarət və sənətkarlıq mərkəzləri olmuşdur.Buradan çoxsaylı keramika, şüşə və daş məmulatlarının tapılması bu fikri təsdiq edir. Sonradan Xəzər dənizində suyun səviyyəsinin artması ilə əlaqədar həmin məskənlər su altında qalmışdır. "Xəzər Atlantidası" deyilən bu ərazinin elmi cəhətdən öyrənilməsi üçün V.Kvaçidzenin rəhbərliyi ilə stasionar sualtı arxeologiya ekspedisiyası yaradılmışdır. Həmin ekspedisiyanın əldə etdiyi tapıntılarla indi Bakıdakı Milli Azərbaycan Tarixi Muzeyində tanış olmaq mümkündür.
Bu rayonda tunc dövründənbaşlamış erkən orta əsrlərədək zaman kəsiyini əhatə edən bir sıraarxeoloji obyektlər də var. Onların arasında Marımlı nekropolu, Kürsəngi kəndində küp qəbrləri nekropolu, indiki Noxudlu və Mahmudabadkəndlərində qədim insan məskənlərinin xarabalıqları xüsusi qeydedilməlidir.
Rayon mərkəzindən 5 km məsafədə Azərbaycanın çoxsaylı palçıq vulkanlarından biri Babazanan vulkanı yerləşir. Bu vulkandan püskürən palçığın müalicəvi xassəsi yerli sakinləri hələ də cəlb edir.Salyana çatmağa az qalmış Daşgil adlanan ərazidə dəniz sahilinin yaxınlığında daha bir palçıq vulkanı nəzərə çarpır. Daşgil yasaqlığı da burada yerləşir. O, su quşları ovlamaq, kütüm, sazan və Xəzər dənizəndə yaşayan digər balıq növlərini ovlamaq üçün münasib yerdir.
Salyan rayonunun inzibati mərkəzi olan Salyan şəhərinin Bakıdan məsafəsi 126 km-dir. Burada XIX əsrə aid edilən qədim məscid dövlət tərəfindənmühafizə edilən memarlıq abidəsidir. Hazırda buraya gələn səyahətçilər və turistlər müasir Karvansaranın xidmətlərindən istifadə edə bilərlər. Burada yerli qədim Azərbaycan mətbəxtinin xörəklərini dadmaq mümkündür.
Salyan rayonuna gələnlər Bakı-Salyan yolunun üstündə, Salyana çatmağa az qalmış, dəniz sahilinin yaxınlığında yerləşən "Kaliforniya" motelində də qala bilərlər.
Biləsuvar rayonu qərbdən İranla həmsərhəddir.Azərbaycanın bütün ərazisində olduğu kimi Biləsuvar rayonunun ərazisi də ən qədim vaxtlardan insan məskəni olmuşur. Bunu rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar və memarlıq abidələrinin qalıqları da təsdiq edir. Çöl Ağdam, İçəri Ağdam, Torağaylı kimi şəhər yerləri antik dövrə və erkən orta əsrlərə aiddir. Təəssüf ki, bu arxeoloji obyektlərin əksəriyyəti hələ tədqiq edilməmişdir.
Biləsuvar kiçik şəhərdir. O, Bakıdan 182 km məsafədə yerləşdir.
Cəlilabad rayonu Kür-Araz ovalığının sərhəddində yerləşdir.Cəlilabad rayonunun ərazisi ov üçün əla yerdir. Təqribən 14,7 min hektar sahə meşələrlə örtülüdür. "Zəvvar" ovçuluq təsərrüfatında su quşları ovlamaq olar. Rayonun faunası canavar, dovşan, porsuq, qaban, tülkü, vəhşi ördək, qaz, qartal, turac və digər canlılarla təmsil edilmişdir.
Cəlilabad rayonunun inzibati mərkəzi - Cəlilabad şəhəri Bakıdan 208 km məsafədə yerləşir. Arxeoloqlar bu şəhərin kənarında Həmşəhrətəpə adlı qədim şəhər yeri aşkar etmiş və orada qazıntı işləri aparmışlar. Qazıntı nəticəsində eneolit dövrünə aid maddi mədəniyyət predmetləri tapılmışdır. Alimlərin fikrincə erkən zərdüştlik dövründə ari tayfalarından biri - məşhur maqlar tayfası məhz burada yaşamışdır. Maqlar qəbiləsinin nümayəndələri ənənəyə görə bu qədim dinin kahinlərinə çevrilir və onun ali kahinlər kastasının sıralarına qoşulurdular. Onlar təbabətin və zərdüştilik astrologiyasının sirlərini mənimsəmişdilər. Buinsanlar o qədər bacarıqlı idilərki, zaman keçdikcə həmin qəbilənin adıxüsusi isimə çevrilərək "Magiya"şəklinə düşmüşdür. Həmşəhrətəpə şəhər yerinin kiçik təpəliklərində məişət əşyaları və zərdüştilik dininə görəmüqəddəs içki sayılan Xaoma hazırlamaq üçün vasitələr tapılmışdır.
Rayonərazisində çox saylı kurqanlar, şəhər yerləri, insan məskənləri və nekropollar tapılmışdır. Onların yaradılma dövrü tunc dövründən başlamışerkən orta əsrlər dövrünə qədər zaman kəsiyini əhatə edir.
Şəhər lap əvvəldə Xasılı adlanırdı. Sonradan onun adı dəyişdirilərək Astraxanbazar kimi işlədilməyə başladı. Şəhərin indiki adı Şərqdə ilk satirik jurnal olan "Molla Nəsrəddin" jurnalının banisi və əvəzsiz baş redaktoru Cəlil Məmmədquluzadənin şərəfinə verilmişdir.Cəlilabadda kiçik bir diyarşünaslıq muzeyi, park, mehmanxana və motel vardır.
Masallı rayonu bu regionun əsas nəqliyyat arteriyası - Azərbaycan paytaxtından cənuba,İrana doğru gedən magistral yolun üzərində yerləşir.

Masallı rayonu mineral subulaqları ilə zəngindir. Onların arasında termal sulu olanlar da var, buzkimi soyuq suyu ilə seçilənlər də. Bəzi bulaqların suyununtərkibində çoxlu kükürd və digər mikroelementlər vardır. Rayonunmənzərəli dağlıq guşələrinin birində İstisu mineral bulağı yerləşir. Bubulağın suyu müalicəvi xassələrə malikdir. Bura müalicə olunmağa və elə-belə istirahat etməyə gələnlər də var. Termal suşəlaləsi və asma körpü bu yerlərə xüsusi gözəllik verir. Çox populyar müalicəvi mineral su olan İstisu qablaşdırılaraq ölkəninapteklərində satılır.
Masallı rayonunun inzibati mərkəzi olan Masallı şəhəri Bakıdan 230 km aralıda yerləşir. Vaxtilə bu yerlərdə "masal" adlı bir qəbilə yaşayırmış. Xalqın yaddaşında həkk olmuş bu ad şəhərin müasir adını şərtləndirmişdir. Masallının həndəvərində meşədə kiçik mənzərəli bir göl var. Bura həm yerli sakinlərin həm də şəhərin qonaqlarının sevimliistirahət yeridir.
Masallı şəhərinin ərazisində mövcud tarix-memarlıq abidələri XIX əsrdə tikilmiş məscid, qədim hamam, Ərkivan qülləsi və Diyarşünaslıq muzeyinin binası ilə təmsil edilir. Digah və Boradigah kəndlərindəki XVI əsrə aid məscidlər, Seyid Sadıq məqbərəsi də maraqlı abidələrdir. Ənənəvi xalq sənəti məmulatları (həsir, baş yaylıqları, duluzçuluq və ağac məmulatları, xalçalar, corablar) Musaküçə, Türkoba, Qəriblər, Kolatan, Sığdaş və başqa kəndlərdə hazırlanır.Masallıdan Lənkərana gedən yol boyunca, Xəzər dənizinin cənub-qərb sahillərində (Qızılağac körfəzi) “Qızılağac” qoruğu yerləşir.
Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahillərini və Talış dağlarına qədər olan hissədə bütün Lənkəran ovalığını əhatə edir.Lənkəran rayonu Azərbaycanın daha bir mühüm kənd təsərrüfatı regionudur. Onun özünəməxsus iqlim şəraiti burada çay naringi, xurma, feyxoa və bir neçə limon növü ilə təmsilolunan subtorpik bitkilər becərilməsini şərtləndirmişdir. Lənkəranın məşhur çayı öz keyfiyyətinə və ətrinə görə klassik Hindistan çayından heç də geri qalmır.
Təsadüfi deyildir ki, burada mahir oyma işi ustaları yetişir. Axı bu diyar nadir və endemik növlər də daxil olmaqla unikal ağac növləri ilə zəngindir. Məşhur dəmirağac, propka ağacı, məxməri qayın ağacı, hirkan şəmşidi, ipək akasiya, palıd, evkalipt, bir də Talış dağlarının əsas meşə ağacı sayılan enliyarpaq palıd bu meşələrin bir növ rəmzidir. Bundan əlavə Lənkəran meşələrində çoxlu yabanı meyvə ağacları, dərman otları və kollar bitir. Buna görə də təəccüblü deyildir ki, Lənkəran rayonunun ərazisində iki qoruq və bir yasaqlıq yaradılmışdır.
"Qızılağac" qoruğu Xəzər dənizinin cənub-qərb sahillərində Qızılağac körfəzi rayonunda yerləşir.
Ərazisinin sahəsi 21.435 hektar olan "Hirkan" qoruğu da bu rayonda yerləşir.
"KiçikQızılağac" yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildəkiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafısahədə yaşayan, ocümlədən nadir və məhv olmaq həddində olan quşlarınmühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədiləyaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir.
Lənkəran rayonunun inzibati mərkəzi "Lənkəran" şəhəridir. Belə hesab edirlər ki, şəhər təxminən 300 il bundan əvvəl elə burada, dənizin yaxınlığında salınmışdır. Əvvəlcə keşikçi qüllələri ilə təchiz olunmuş qala tikilmiş, mayak qurulmuşdur. Şəhərin ilkin adı "Ləngərkünan"olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir.
Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Dairəvi qala (Zindan) Böyük Bazar məscididir .Şəhərdəki tarix muzeyinə baş çəksəniz bu diyarın tarixi ilə tanış olabilərsiniz. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır.Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çılışanlarağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkərandafəaliyyət göstərən teatrın ilk tamaşası 1850-ci ildə olmuş, həmintamaşadan əldə edilən gəlir isə tam həcmdə yerli yoxsullarapaylanmışdır. Şanlı sərkərdə - general Həzi Aslanov da bu şəhərdədoğulmuş və yaşamışdır. İndi onun doğulduğu evdə muzey ekspozisiyasıaçılmışdır.
Lənkəranın ətrafındakıBoladi, Vilvan və Veravul kəndlərində ənənəvi xalq sənəti növləri -zərgərlik, xalçaçılıq, həsir toxuma sənətləri geniş inkişaf etmişdir.Bəzi mənbələrə görə vaxtilə bütün Lənkəran şəhəri qamış basmış bataqlıqərazidə salınmışdır. Lənkəranın ətrafındakı memarlıq və tarixabidələrindən bir qismi zəmanəmizə qədər salamat qalmışdır: YuxarıNüvədi kəndindəki Əbirlər qülləsi, Şıxakaran kəndindəki Şeyx Zahid qülləsi, Lənkərandan bir qədər qərb tərəfdə isə qədim Balabur qalasının xarabaları qalmışdır.

Azərbaycanın ən gözəlguşələrindən biri olan Lerik rayou Talış dağlarının qoynunda yerləşir.Burada qaban, tülkü, dovşan, quş (ördək, kəklik) ovlamaq üçün hər cür şərait var. Talış dağlarının ən yüksək nöqtələri Kömürgöy (2492 m) vəQizyurdu (2433 m) zirvələridir.
Bu diyarın çox özünəməxsus tarixi var və bu tarix bütün Azərbaycanın mürəkkəb tarixininən maraqlı məqamlarını özündə əks etdirir. Lerik rayonunun ərazisində bu diyarın hələ neolit dövründə məskunlaşmış olmasını sübut edən çoxsaylı mədəniyyət və tarixi abidələri qalmışdır. Məsələn, daş dövründən qalmış mağara şəklində düşərgə yeri, Mistan dağ kəndinin yaxınlığında dəniz səviyyəsindən təqribən 2430 m yüksəklikdə yerləşən qədim Qızyurdu məskəni bu qəbildəndir.
Conu kəndinin yaxınlığındakı Baba Həsən məqbərəsi, Mondigah kəndindəki Baba İsa məqbərəsi, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr),Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Cəngəmiran kəndinəgedən yolun kənarındakı Cabir məqbərəsi (XII-XIV əsrlər) və Xəlifə Zəkəriyyə məqbərəsi yerlisakinlər tərəfindən mühafizə olunur, həmin məqbərələrin ərazisindəkiqədim və adi yaşlı ağaclara səcdə edilir. Vaxtilə Aleksandır DümaCəngəmiran kəndində olmuş, sonradan öz əsərlərinin birində bu kənddəyaşayan qadınlardan birinin qəhrəmanlıqlarla dolu taleyini poetik şəkildətəsvir etmişdir.
Lüləkəran kəndində XIX əsrdə inşa edilmiş orijinal məscid salamat qalmışdır. Rayonun bir sıra kəndlərində daşdan düzəldilmiş qoç fiqurlarının saxlanması da diqqətəlayiq faktdır.
Yuxarıda qeyd edildiyi kimi, Lerik rayonu uzunömürlülər diyarı kimi məşhurdur. Məsələn bu rayonun sakini Şirəli Müslümov (1812-1975) 163 il fəal həyat tərzi keçirmiş, uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. Rayonun digər sakini Mahmud Eyvazov(1808-1958) 150 il yaşamışdır. Lerikdə bu gün də yaşı bir əsri keçmiş, lakin əmək qabiliyyətini itirməmiş onlarca sakin yaşayır.
Rayonda xalq sənəti növlərindən xalçaçılıq, ağacdan müxtəlif məişət əşyalarının hazırlanması, eləcə də dulusçuluq sənəti daha çox inkişaf etmişdir. Buradakı xalça toxuculuğunun məxsusi cəhəti ondan ibarətdir ki, bu xalçalar ənənəvi şaquli dəzgahlarda deyil, birbaşa döşəmə üzərində yerləşən üfiqi dəzgahda toxunur.
Rayonun inzibati mərərkəzi Lerik şəhəridir.
Burada tarix-diyarşünaslıq muzeyinə getmək, Qarabağ münaqişəsinin qurbanlarının xatirəsinə ucaldılmış memoriala baxmaq mümkündür.
Astara rayonu Azərbaycanın cənub-şərqində İranla sərhəddə yerləşir.
Meşələrin sahəsi 37. 000 hektardır. Mənbəyini Talış dağlarının zirvələrindən götürən Astaraçay və Təngərüd çayları Xəzər dənizinə tökülür. Astaranın bitki aləmi zəngin və rəngarəngdir.
Rayonun florası kimi faunası da rəngarəngdir. Astara meşələrində cüyür, canavar,çöl pişiyi, maral və digər vəhşi heyvanlar sərbəst şəraitdə yaşayırlar. Xəzər dənizinin sahillərində isə təmiz, şəffaf sulu çoxlu çimərliklər salınmışdır.
Hirkan Milli parkının bir hissəsibu rayonun ərazisində yerləşir. Bu fakt ekoloji turizm həvəskarlarını Astaraya cəlb edir. Rayonun İran sərhədinin yaxınlığında İstisu adlanan sahədə müalicəvi mineral su bulaqları çoxdur. Bu rayonda çayçılıq və tərəvəzçilik geniş inkişaf etmişdir.Sitrus bitkiləri yetişdirilir.
Rayonun ərazisində çoxsaylı (təqribən 400) tarix və memarlıq abidəsi vardır. Demək olar ki, hər bir kənddə bu diyarda ta qədim dövrdən insan yaşamasını sübut edən izlərə rast gəlmək olar. Məsələn, Şindan kəndində bir qüllə var. Onu xalq arasında Babək qalası adlandırırlar. Nudis kəndindəki qüllə, Pensər kəndindəki Məşədi Abutalıb hamamı, Hacı Teymur məscidi və Hacı Cahanbaxış məscidi, Şahağac kəndindəki məqbərə, Ərçivan kəndindəki Kərbəlayı Həmid Abdulla hamamı bu qəbildəndir. Həmin kəndə məhşur kükürdlü bulaq da var. Bu bulağın suyuna yanmış kibriti yaxınlaşdıranda su alışıb yanır. Qapıçı məhəllə kəndində qala qalıqları, VII əsrə aid məqbərə, karvansara, daş dövrünə və tunc dövrünə aid daş heykəllər, Sınıyapert, Lomin və Piləkən kəndlərində XIII əsrə aid körpülərin qalırları hələ də qalmaqdadır.
Astara rayonunun inzibati mərkəzi Astara şəhəri Bakıdan 322 km məsafədə yerləşir. Bakı-Tehran magistralında mühüm tranzit məntəqə olan Astara bir tərəfdən dənizlə digər tərəfdən Talış dağları ilə hüdudlanan kiçik sərhədyanı şəhərdir. Şəhərin ətrafında çəltik zəmiləri diqqəti cəlb edir. Burada balıqçılıq da geniş inkişaf etmişdir - heç bir hadisə yerli milli mətbəxtin xüsusiyyətlərini dəyişə bilməmişdir.
Astaradakı diyarşünaslıq muzeyinin ekspozisiyası kifayət qədər zəngindir. Bu muzeydə müxtəlif dövrlərdə zərb edilmiş və qədim vaxtlarda bu bölgədə ticarətin təşəkkül tapmasını təsdiqləyən qədim sikkələrlə yanaşı, daşdan yonulmuş insan heykəli də saxlanılır. Bu heykəlin yaşı 2000 ildən çoxdur.