Axtarış
Başqa şəhərlərdə
İsveçrənin www.travel-blog.ch səyahət portalında “Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib” adlı məqalə verilib.
Özbəkistanın qalampir.uz portalı Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı material hazırlayıb.
İyulun 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində çoxprofilli rəssam Taus Maxaçevanın “Şarivari” və Koreya-kanadalı rəssam Zadi Çanın fərdi sərgisinə jurnalistlər üçün press-tur təşkil edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.
İyulun 11-də Bakı Dövlət Universitetində “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” beynəlxalq jurnalının kitab nəşrlərinin təqdimatı keçirilib.
“Eurovision-2020” mahnı müsabiqəsinin keçirilməsi uğrunda mübarizədə Hollandiyanın beş şəhəri iştirak edəcək.
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
Sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.
Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART Qalereya və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb və sənədləşmə işləri başa çatdırılıb.
2019-cu ilin mayında Azərbaycanda bankomatlar və POS-terminallar vasitəsilə ödəmə kartlarının dövriyyəsi 1,96 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 32,6 faiz çoxdur.
İyulun 10-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bağlanışı münasibətilə ziyafət təşkil olunub.
Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyulun 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.
Azərbaycanda iyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Lüksemburqda “İnterNations Changemakers” qrupunun təşkilatçılığı ilə xeyriyyə sərgisi keçirilib. Sərgidə satılan əsərlərdən əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi arasında imzalanmış “Birgə Fəaliyyət Haqqında” müqaviləyə əsasən Azərbaycanda "PostPay" adlı yeni elektron pul kisəsi istifadəyə verilib.
Tatarıstan Prezidenti Rüstəm Minnexanov bu ilin oktyabr ayında Azərbaycana işgüzar səfər etmək niyyətindədir.
2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5 faiz çox qonaq deməkdir.
İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinə tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək səlahiyyəti verilib.
Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 1590,7 min nəfər olub.