Xınalıq kəndi Qafqaz dağlarının zirvələrindən birində, Qızıl Qaya, Şahdağ, Tufandağ və Xınalıq dağlarının əhatəsində, Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir. Tufandağın Xınalıqla üzbəüz olmasının kənd sakinləri üçün xüsusi mənası var.