Azərbaycan Rusiyanın Stavropol və Karaçay-Çərkəz bölgələrindən taxıl idxalına görə liderdir
6.9.2018

Bu il Azərbaycan Rusiyanın Stavropol vilayətindən və Karaçay-Çərkəz Respublikasından ən çox taxıl idxal edən ölkə olub.

Bu barədə Rusiya mətbuatına istinadən xəbər verilir.

Məlumata görə, 2018-ci ilin əvvəlindən avqustun 28-nə qədər adı çəkilən bölgələrdən Azərbaycana 37,15 min ton taxıl və taxıl məhsulları gətirilib. Bu isə regionların ümumi idxalının 52%-ni təşkil edib.

Azərbaycana ixracın 34,82 min tonu buğda, 1,7 min tonunu noxud, 1,43 min tonu qarğıdalı, 0,4 min tonu isə yulaf və buğda unu olub.

Taxıl və taxıl məhsullarının idxalçıları 2-ci yerdə 13,64 min tonluq göstərici ilə Ermənistan, 3-cü yerdə isə 9,2 imn tonluq göstərici ilə Gürcüstan qərarlaşıb.

Ümumilikdə bu il Stavropol və Qaraçay-Çərkəz bölgələrindən 16 ölkəyə taxıl və taxıl məhsullları ixrac olunub. Əsas idxalçılar Cəbuni Qafqaz ölkələri ilə yanaşı Belarus, İran, İraq, Monqolustan, Qazaxıstan, Almaniya, Hindistan, Ukrayna, Polşa, Niderland, Belçika, Çexiya və Liviya də var.


report.az