Qazaxıstan Azərbaycanı "Silk way" ümumi viza layihəsinə qoşmaq niyyətindədir
10.7.2019

MDB ölkələri Özbəkistan və Qazaxıstan üçün "Silk Way" ümumi viza layihəsini dəstəkləyib.

Bu barədə RİA "Novosti"yə istinadən xəbər verilir.

Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sədri vəzifəsini yerinə yetirən Əbdüləziz Akkulov bildirib ki, bu təşəbbüs hər iki ölkəyə xarici turistlərin cəlb olunmasına kömək edəcək.

Qeyd edək ki, iyulun 9-10-da Səmərqənddə MDB ölkələrinin ilk turizm sərgisi keçirilir və sərgi çərçivəsində də təşkilatın Turizm Şurasının növbəti iclası baş tutub. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın turizm idarələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Qazaxıstan tərəfi "şengen"in Asiya versiyası olan "Silk way" layihəsinə Azərbaycan və Türkiyəni də qoşmaq niyyətində olduğunu bildirib.


report.az