Bitkoin yenə "havaya" qalxır - 8 min dolları keçdi
12.2.2018

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin son ucuzlaşmadan sonra qiymətini artırmağa başlayıb.

Məlumata görə, indi bitkoinin qiyməti təqribən 8,5 min dollar təşkil edir. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 4,65% və ya 8,515 min dollaradək bahalaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 4,4% və ya 847,68 dollaradək, "Ripple" 11,4% (1,06 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 4,3% (1 265,85 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 417,97 milyard dollar təşkil edir. Bu göstəricinin 34 faizi bitkoinin payına düşür.

trend.az