SOCAR Gürcüstanda elektromobillərə xidmət şəbəkəsini genişləndirib
14.9.2017

“SOCAR Georgia Petroleum” şirkəti Gürcüstanın Urbnisi şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində elektromobillərə də xidmət göstərəcək.
Bu, SOCAR tərəfindən elektromobillərə xidmət göstərilən 5-ci şəhərdir.
Məlumata görə, bundan öncə “SOCAR Georgia Petroleum” Tbilisi, Batumi, Telavi və Kutaisidə də eyni xidməti göstərməyə başlayıb.

report.az