2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərlərin adları məlum olub
14.9.2017

Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Lima şəhərində keçirilən sessiyasında 2024-cü il Yay Olimpiya Oyunlarının Parisdə, 2028-ci il Olimpiadasının isə Los-Ancelesdə keçirilməsinə dair rəsmi qərar qəbul olunub.
"Inside the Games" nəşrinə istinadən xəbər verilir ki, bunu BOK-un prezidenti Tomas Bax elan edib.
"Beynəlxalq Olimpiya Komitəsinin eyni zamanda 2024 və 2028-ci illər Yay Olimpiya Oyunlarının paytaxtlarını seçdiyini xəbər verməyə şadam. 2024 və 2028-ci il Oyunları müvafiq olaraq Paris və Los-Ancelesdə keçiriləcək", — deyə Tomas Bax bildirib.

report.az