Türkiyə şirkəti Azərbaycan bazarını araşdırır
14.7.2017

Türkiyənin "Poytherm" istilikqoruyucu lövhələr istehsal edən şirkəti Azərbaycan və Gürcüstan bazarına çıxmağı planlaşdırır.
"Poytherm" hər iki ölkənin bazarına 2018-ci ildə daxil olmaq niyyətindədir.
"Bu il şirkətimizin 20% böyüyəcəyini gözləyirik. 2018-ci ildə isə ixracat əməliyyatlarını genişləndirmək niyyətindəyik. Logistika baxımından Azərbaycan və Gürcüstan bizə ən uyğun ölkələrdir. Hazırda bu ölkələrdə ciddi bazar araşdırmalarımız aparılır", - şirkətdən bildirilib.


report.az