Azərbaycan alimlərinin kitabı Moskvada nəşr edilib
10.1.2017

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun müəlliflər kollektivinin “Dispers neft sistemlərinin mexanikası və axını” (“Mехаnika i reoloqiya neftyanıx dispersnıx sistem") kitabı Moskvada rus dilində çap olunub.

İnstitutdan bildiriblər ki, kitabda neft suspenziya və emulsiyalarında hidrodinamika və kütlə mübadiləsi məsələlərinin təhlili nəzərdən keçirilib. Dispers mühitdə gedən əsas hadisələrin quruluş-sistem analizi aparılıb.

Nəşr mütəxəssislər, tədqiqatçılar və tələbələr üçün nəzərdə tutulub.

azertag.az