12.3.2018
  

Martın 20-də “Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə keçiriləcək "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsində ölkəmizi tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova təmsil edəcək.

12.3.2018
  

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler Festivalının promoçarxı təqdim olunub.

12.3.2018
  

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədib, Xalq Şairi Cabir Novruzun 85 illiyi münasibətilə “Cabir Novruz – 85” adlı kitab sərgisi açılıb.

12.3.2018
  

Malta, İstanbul və Dubayda keçirilən beynəlxalq kulinariya çempionatlarında ölkəmiz də təmsil olunub. 

12.3.2018
  

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Al- Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram Tamaşalar Festivalında və martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edib.

12.3.2018
  

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk iki ayı ərzində 545 mindən çox sərnişinə xidmət göstərib.

12.3.2018
  

Mayın 16-dan 18-dək “Bakı Ekspo” Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi keçiriləcək.

12.3.2018
  

Nazirlər Kabineti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib.

9.3.2018
  

Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə əlaqədar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu istiqamətdə çoxsaylı tədbirlər keçirəcək.

9.3.2018
  

Dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Abu-Dabi Universitetinin ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq mədəniyyət günü bu il beynəlxalq qadınlar gününə həsr olunub.

9.3.2018
  

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu diplomatik qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

9.3.2018
  

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir.

9.3.2018
  

Beynəlxalq Muğam Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Zərif əllər, incə tellər” adlı konsert proqramı təqdim edilib.

9.3.2018
  

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber” Gənclər Kamera Orkestri Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

9.3.2018
  

Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq.

9.3.2018
  

Martın 24-də Bakı Xətai Sənət Mərkəzində “Könül inciləri” adlı sərgi açılacaq.

9.3.2018
  

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu dörd tamaşa nümayiş olunacaq.

9.3.2018
  

Qadınlar əsrlər boyu bütün ədiblərin yaradıcılığında ən çox vəsf edilən varlıq olub. 

9.3.2018
  

Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatının seçilən poeziya nümunələrindən ibarət “Şair və Vətən” adlı şeir gecəsi təşkil olunacaq.

9.3.2018
  

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxon-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları” monoqrafiyası rus dilində Almaniyada çapdan çıxıb.