Artıq 17 ölkə Azərbaycanda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakını təsdiqləmişdir
2.7.2011

Gələn ilin mayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək “Eurovision -2012” mahnı yarışmasında 17 ölkənin iştirakı təsdiqlənmişdir.
Bu ölkələr Sloveniya, Almaniya, Norveç, Finlandiya, İsveçrə, Avstriya, Çexiya, Belçika, Macarıstan, Gürcüstan, Danimarka, Niderland, Slovakiya, Xorvatiya, İsveç, Estoniya və Ermənistandır.
57-ci “Eurovision” müsabiqəsinin yarımfinal mərhələlərinin mayın 22-24-də, finalının isə 26-da keçirilməsi nəzərdə tutulmuşdur.