Kukla Teatrında həftəsonu maraqlı tamaşalar izləniləcək
25.1.2019

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı həftəsonu maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Sənət ocağının səhnəsində yanvarın 25-də “Ələddin” və “Durna balığı” (rus dilində) tamaşaları izləniləcək.

Bundan başqa, yanvarın 26-da “Göyçək Fatma”, “Qoğal” (rus dilində) yanvarın 27-də isə Ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, “Çipollino” (rus dilində) tamaşaları izləniləcək.

azertag.az