“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert
30.11.2018

Noyabrın 29-da “Gənclərə dəstək” layihəsi çərçivəsində M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim olunub.

Gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Solistləri beynəlxalq müsabiqələr laureatı Beren Gürcüoğlu (Türkiyə, piano), Şeyda Ələsgərova (fleyta), Fəridə Ələkbərli (arfa) və Pərvin Əşari (arfa) olan konsertdə Avropa və dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.

Bir-birindən parlaq və rəngarəng kompozisiyaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.


azertag.az