Xəzər rayon Mərkəzi Kitabxana Sistemində “Bəla” filmi təqdim edilib
30.11.2018

Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin oxu zalında “Bəla” filminin təqdimatı keçirilib.

Kitabxanadan bildirilib ki, təqdimatda kitabxana əməkdaşları, Xəzər rayonu Binə qəsəbəsində yerləşən Abşeron Binə Peşə Liseyinin müəllimləri çıxış edərək film haqqında fikirlərini bölüşüblər.

Qeyd edək ki, əsas rollarda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrının aktyorlarının yer aldığı ekran əsəri həkim–yazıçı Asif Kəngərlinin “Bəla” pyesi əsasında lentə alınıb.

Filmin quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltandır. Ekran əsəri film-tamaşa janrında çəkilib.



azertag.az