“Baku Sound” adlı konsert proqramı təqdim edilib
29.11.2018

Noyabrın 28-də tanınmış azərbaycanlı ifaçı Təranə Mahmudova Beynəlxalq Muğam Mərkəzində “Baku Sound” adlı konsert proqramı ilə çıxış edib.

Konsertdə caz üslubunda xalq kompozisiyaları və müasir caz əsərləri səsləndirilib.

Bu, Təranə Mahmudovanın caz üslubunda üçüncü konsertidir.

Gecədə bas-gitaraçı, caz ulduzu Linli Martenin, məşhur zərbçi, beynəlxalq festivallar iştirakçısı və laureatı Zaza Tserdsvadzenin və pianoçu Elbəy Məmmədzadənin müşayiəti ilə bir-birindən maraqlı musiqilər səsləndirilib.



azertag.az