Farer adaları yığması Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının III tur oyunundan əvvəl açıq məşqə çıxıb.
Hazırlıq prosesi oyunun təşkil olunacağı "Torsvollur" stadionunda baş tutub.
Hazırlıq prosesi tam olaraq media üçün açıq olub. Futbolçular fiziki çalışmaların ardından müxtəlif taktiki tapşırıqları yerinə yetiriblər. Stadionun tribunalarından birinin söküldüyü və həmin hissədə yarğanın yarandığı diqqət çəkib. Hazırda orada ağır texnika çalışır.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
report.az