Mədəniyyət nazirinin Qusarda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
17.9.2018

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 25-də saat 11-də Qusarda vətəndaşları qəbul edəcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, rayondakı Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) keçiriləcək qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt – 147) və ya (012) 493-92-17 (əlaqələndirici şəxs Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefon vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.


azertag.az