Emil Qədirov Larisa Rubalskayanın yaradıcılıq gecəsində iştirak edəcək
12.9.2018

Oktyabrın 21-də G.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının Konqres Mərkəzində şair, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Larisa Rubalskayanın yaradıcılıq gecəsi keçiriləcək.

Həmvətənimiz Emil Qədirov tədbirdə iştirak edəcək.

E.Qədirov Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir. Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak edir. Bu il “Novaya volna” müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Onun repertuarına dünya klassik operasından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.


azertag.az