Violonçel ifaçısı Camal Əliyev Ripon Beynəlxalq Musiqi Festivalında iştirak edəcək
12.9.2018

İngiltərənin Şimali Yorkşir bölgəsində Ripon Beynəlxalq Musiqi Festivalı başlanıb.

Violonçel ifaçısı Camal Əliyev festival çərçivəsində oktyabrın 6-da “Royal Hall”da “Royal Northern Sinfonia” orkestri ilə birlikdə çıxış edəcək. Azərbaycanlı musiqiçi Eduard Elqarın violonçel üçün konsertini səsləndirəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.


azertag.az