Praqa incəsənət yarmarkasında Azərbaycan da təmsil olunub
10.9.2018

Praqanın Qoleşovitse sərgi kompleksində 120-dən çox rəssamın iştirakı ilə “Ateliér ART Fest” adlı iri beynəlxalq incəsənət yarmarkası keçirilib.

Festivalda Çexiya ilə yanaşı, xarici ölkələrdən, o cümlədən Azərbaycandan da rəssam, heykəltəraş və memarlar öz əl işlərini təqdim ediblər.

“Ateliér ART Fest” yarmarkası ziyarət edənlər üçün həm müasir incəsənətlə tanış olmaq, həm də əsərləri müvafiq qiymətə əldə etmək imkanı yaradıb. Festivalın müşayiət proqramı – mühazirələr, rəssamlarla söhbətlər, ustad dərsləri və s. yarmarkanın bir hissəsinə çevrilib.


azertag.az