Emil Qədirov Soçidə “Novaya volna” müsabiqəsinin xüsusi mükafatına layiq görülüb
10.9.2018

Azərbaycan müğənnisi Emil Qədirov Soçidə keçirilən “Novaya volna” 17-ci beynəlxalq gənc populyar musiqi ifaçıları müsabiqəsinin xüsusi mükafatına layiq görülüb.

Rusiyanın Soçi şəhərində sentyabrın 4-dən 9-dək davam edən müsabiqədə rusiyalı müğənni Dan Rozin qalib gəlib. Azərbaycan müğənnisi Emil Qədirov Rusiya Dəmir Yolları şirkətinin xüsusi mükafatına layiq görülüb.

Xatırladaq ki, “Novaya volna” müsabiqəsi 2014-cü ildən keçirilir. Bu il müsabiqəyə 10 ölkənin nümayəndəsi qatılıb.


azertag.az