Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər
5.9.2018

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda yaponiyalı həmkarı Taro Kono ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, bugünkü görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib:

"Hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanda 30 Yaponiya şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb. Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsini də müzakirə etdik".

Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiyanın mövqeyi bəllidir: "Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır".

trend.az