“YARAT”da uşaqlar üçün növbəti ustad dərsləri keçirilib
24.8.2018

“YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün tam fərqli quruluşda “Muzeyi kəşf et” adlı interaktiv ustad dərsləri keçirilib.

Uşaqlar həm hindistanlı rəssam Şilpa Quptanın "Mən bu lisanə sığmazam" sərgisi ilə tanış olub, həm də komandalara bölünüb məntiqi tapşırıqları həll ediblər. 8-12 yaşlı uşaqların iştirak etdiyi ustad dərsləri Azərbaycan dilində aparılıb.



azertag.az