"Nar" abunəçilərinin sayı 2 mln.-u keçib
11.5.2018

Hazırda "Nar" abunəçilərinin sayı 2 072 488-dir.

Bunu şirkətin baş direktoru Qunnar Panken deyib.

Bundan başqa, onun sözlərinə görə, bu ilin I rübündə "Nar" 147 ədəd 4G stansiyası quraşdırıb ki, bunun da 83-ü regionların payına düşür.

"Hesabat dövründə Bakı şəhəri üzrə abunəçilərin internetdən istifadə həcmi 88% artıb. Regionlarda isə artım 28% olub. Şirkət üzrə müştəri məmnunluğu göstəricisi isə 6% artıb", - deyə o, qeyd edib.


report.az