Qız qalasının qarşısında Ulu Öndərin 95 illiyinə həsr olunan fləşmob
11.5.2018

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən ənənəvi olaraq silsilə tədbirlərlə qeyd edilir.

Bu münasibətlə mayın 10-da Qız qalasının qarşısında fləşmob keçirilib. “Səma” rəqs qrupunun ifasında Azərbaycan mədəniyyətinin zənginliyini ifadə edən milli rəqs nümunələri təqdim olunub.

Ümummilli Lider həmişə milli mədəniyyət abidələrinə, ö cümlədən də qədim tarixi özündə yaşadan İçərişəhərə xüsusi qayğı ilə yanaşırdı.

azertag.az