G.Şaroyev adına musiqi məktəbinin şagirdlərinin növbəti uğuru
11.5.2018

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri “Salyut talantov” Bakı Bahar 2018 festival-müsabiqəsində uğurla çıxış ediblər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən müsabiqədə məktəbin şagirdlərindən Cavidan Babazadə, Cəlal Bəşirli, İskəndər Həsənzadə və Tuqay Hüseynzadə I dərəcəli, Nuray Miratayeva isə II dərəcəli diploma layiq görülərək laureat adını qazanıblar.

Müsabiqədə I yerə layiq görülən şagirdlər bu ilin oktyabrında Sankt-Peterburqda keçirilən super finala dəvət alıblar.


azertag.az