Ölkə başçısının sərəncamları ilə mədəniyyət və incəsənət xadimləri mükafatlandırılıb
10.5.2018

Prezident İlham Əliyev mayın 9-da Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Xalq artistləri Ramiz Novruz, Aleksandra Nikuşina, Əməkdar İncəsənət Xadimi Cavanşir Cəfərov və rejissor Gülçöhrə Şəfiyevaya fərdi təqaüdün verilməsi haqqında Sərəncam imzalayıb.

Ölkə başçısının digər Sərəncamı ilə 150 nəfər incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülüb.


azertag.az