Bakı Musiqi Akademiyasında növbəti konsert proqramı Ulu Öndərin 95 illiyinə həsr olunub
4.5.2018

Mayın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

BMA-nın fortepiano fakültəsinin tələbələrinin iştirakı ilə reallaşan konsert proqramında bir-birindən maraqlı ifalar təqdim olunub.

Konsert çərçivəsində Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə müraciət edilib. İki saatadək davam edən konsert proqramı maraqla qarşılanıb.

azertag.az