Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi üçün proqram hazırlanır
4.5.2018

Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi üçün proqram hazırlanır.

Bunu jurnalstlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

O bildirib ki, bununla bağlı Milli Turizm Agentliyi ilə görüşlər olacaq və təkliflər bildirəcək. "Turistlərin ilkin ehtiyacını təmin etmək üçün şərait mövcuddur. Marşrutlar, bələdçilər, piknik yerləri var. Milli parklarda marşrutların rəngarəng olmasına çalışacağıq. Çay kənarında gəzintidən tutmuş, quşları izləməyə qədər yeniliklər olacaq".

trend.az