Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin xatirəsi anılacaq
3.5.2018

Mayın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan anım tədbiri keçiriləcək.

Bu barədə Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışılacaq.


azertag.az