Milli Kitabxanada "Ataxan Paşayev-80" adlı kitab sərgisi açılıb
2.5.2018

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Arxiv İdarəsinin rəisi, Əməkdar Mədəniyyət İşçisi, tarixçi Ataxan Paşayevin anadan olmasının 80 illiyi münasibətilə “Ataxan Paşayev-80” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, bir həftə davam edəcək sərgidə tarixçinin Azərbaycan və rus dillərində olan əsərləri, tərtib, redaktə etdiyi kitablar və dövri mətbuat materialları nümayiş edilir.


azertag.az