Ümumordu iməciliyi keçiriləcək
2.5.2018

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 5-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ekoloji mühitin sağlamlaşdırılması və ərazinin abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün general və sərkərdələrinin, Azərbaycanın Milli qəhrəmanlarının abidələrinin və məzarlarının yerləşdiyi ərazilərdə də abadlıq işləri aparılacaq.


azertag.az