Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ağ Şəhərlə tanış olub
2.5.2018

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper Bakıya səfəri çərçivəsində “Ağ Şəhər” layihəsi ilə tanış olub.

Bu barədə Ağ Şəhərin mətbuat xidmətindən bildirilib.

Fransa senatorunun nəzərinə çatdırılıb ki, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamış Bakının “Qara şəhər” kimi tanınan ərazisi ekoloji cəhətdən tamamilə təmizlənib və yeni inkişaf layihəsinə uyğun olaraq burada beynəlxalq səviyyədə müasir yaşayış mərkəzi yaradılır.

Ağ Şəhərdə gəzinti zamanı Paris evləri və layihənin icrasında tətbiqi və təsviri incəsənətə olan dəstək də böyük maraq doğurub.

Qonaq Ağ Şəhərdə Fransa prezidentləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan və açılan Bakı Fransız Liseyini ziyarət edib.

Alen Uper son illər Azərbaycan ilə Fransa arasında artan əməkdaşlığın “Ağ Şəhər” layihəsində də əksini tapmasından məmnunluğunu bildirib.


azertag.az