3 güləşçimiz Avropa çempionatında yarımfinala yüksəlib
30.4.2018

Dağıstanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışır.

Güləşçilərimizdən üçü yarımfinalda mübarizə aparacaq. Elvin Mürsəliyev və İslam Abbasov hərəyə iki görüş, Eldəniz Əzizli isə bir görüşü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

55 kq
1/2 final - Eldəniz Əzizli - Vasili Topoev (Rusiya)
1/4 final - Nugzari Tsurtsumia (Gürcüstan) - Eldəniz Əzizli 0:9

63 kq
1/8 final - Levani Kavjaradze (Gürcüstan) - Taleh Məmmədov 4:0

77 kq
1/2 final - Roman Vlasov (Rusiya) - Elvin Mürsəliyev
1/4 final - Mateusz Lukasz Volni (Polşa) - Elvin Mürsəliyev 2:7
1/8 final - Elvin Mürsəliyev - Riccardo Vito Abbrescia (İtaliya) 12:8

87 kq
1/2 final - İslam Abbasov - Bekxan Ozdoev (Rusiya)
1/4 final - İslam Abbasov - Viktor Lorincz (Macarıstan) 3:1
1/8 final - İslam Abbasov - Roman Jernovetski (İsrail) 9:0

130 kq
1/8 final - Vladislav Voronyi (Ukrayna) - Türmən Eyyubov 3:0


trend