“YARAT”dan növbəti müsabiqə
30.4.2018

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə qraffiti və ya urban-art rəsm janrlarında divar üzərində əsər yaratmaq bacarığında olan peşə sahibləri üçün müsabiqə elan edib.

Müsabiqə “YAY” qalereyasının damında yerləşən divarın tərtibatı üçün kreativ dizayn axtarmaq məqsədilə təşkil olunub.

Mövzusu Bakı və bakılılar olan müsabiqədə iştirak etmək istəyənlər info@yaygallery.com elektron ünvanına müraciət edə bilər. Son müraciət tarixi mayın 5-də yekunlaşır. Nəticələr mayın 7-də elan ediləcək. Seçilmiş dizayn “YAY” qalereyasında təşkil olunacaq xüsusi bir tədbir zamanı təqdim olunacaq.


azertag.az