“Formula 1” üzrə Azərbaycan Qran Prisində birinci sərbəst yürüşə start verilib
27.4.2018

“Formula 1” üzrə Azərbaycan Qran Prisində birinci sərbəst yürüşə start verilib.

Hökumət Evi qarşısından start verilən yürüşdə 20 pilot qatılıb. Trasla tanışlıq xarakteri daşıyan ilk yürüşlər 14:30-da başa çatacaq.

Qeyd edək ki, ikincisi sərbəst yürüş bu gün 17:00 - 18:30 aralığında olacaq. Aprelin 28-də saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək.

Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran Prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.


report.az