Mirzə Əsgərovun rəhbərlik etdiyi xorun ifası ilə ilk dəfə olaraq MDU-da Motsartın “Rekviyem”i səsləndiriləcək
24.4.2018

Aprelin 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mədəniyyət Mərkəzinin böyük zalında ilk dəfə olaraq V.Motsartın “Rekviyem”i səsləndiriləcək. Əsəri həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xoru təqdim edəcək. Konsertə giriş pulsuzdur.

Bu barədə məlumat MDU-nun akademik xorunun “facebook” səhifəsində yer alıb.

MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarında 200-dən çox klassik və müasir əsəri, müxtəlif dillərdə xalq mahnıları yer alıb.


azertag.az