Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
24.4.2018

Apelin 30-da Rusiyanın Kaspiysk şəhərində start götürəcək Avropa çempionatı üçün yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Baş məşqçi Şaban Donat 10 pəhləvana güvənəcək. Dağıstana Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Elman Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubov (130 kq) yollanacaq.

Qeyd edək ki, aprelin 30-da 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq, mayın 1-də 60 kq, 67 kq, 72kq, 82 kq və 97 kq çəki dərəcələri üzrə təsnifat görüşləri keçiriləcək. Medal görüşləri isə müvafiq olaraq, mayın 1 və 2-də olacaq.

report.az