Milli Kitabxanada Beynəlxalq kitab və müəllif hüquqları gününə həsr olunmuş sərgi açılıb
23.4.2018

Azərbaycan Milli Kitabxanasında 23 aprel – Beynəlxalq kitab və müəllif hüquqları gününə həsr olunmuş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan və rus dillərində dünya ədəbiyyatı nümunələrindən seçmələr, müəlliflik hüquqları ilə bağlı kitablar və dövri mətbuat materialları sərgilənir.

Sərgi bir həftə davam edəcək.


azertag.az