Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək
13.4.2018

Aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, qatar Naxçıvandan aprelin 15-dən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcək, Məşhəd stansiyasına aprelin 17-dən etibarən həftənin II günləri çatıb və geriyə aprelin 18-dən etibarən həftənin III günləri yola düşəcək. Qatar Naxçıvana aprelin 19-dan etibarən həftənin IV günləri çatacaq.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.

azertag.az