Bəstəkar Məmməd Cəfərovun 60 illik yubileyinə həsr olunmuş konsert olacaq
10.4.2018

Aprelin 12-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Məmməd Cəfərovun 60 illik yubileyinə həsr olunmuş müəllif-konserti olacaq.

Bu barədə Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Bəstəkarlar İttifaqının Gəncə təşkilatının sədri Məmməd Cəfərovun ömür yoluna nəzərə salınacaq və əsərləri səsləndiriləcək.


azertag.az